Azərbaycan Yüksək Liqasının XVI turunda iki oyun keçirilib

Baş səhifə
Azərbaycan Yüksək Liqasının XVI turunda iki oyun keçirilib

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında XVI tura start verilib.

“Report”un məlumatına görə turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Ordu” “Neftçi”yə 2:3 (25:19, 21:25, 18:25, 25:22, 10:15) hesabı ilə məğlub olub.

“Xilasedici” komandası isə “Gənclər”i üstələyib – 3:0 (25:11, 25:15, 25:11).

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.