
Bakı. Trend:
Bu ilin fevral ayında “OpenAI” tərəfindən yaradılmış süni
intellekt modeli “ChatGPT”nin Azərbaycan bazarındakı payı 79,98
faizədək azalıb.
Trend bu barədə “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, cari ilin fevral ayında Azərbaycanda “ChatGPT”dən
istifadə əvvəlki ayla müqayisədə 0,51 faiz bəndi azalıb.
Bundan əlavə, “Microsoft”un “Copilot” çat-botunun bazar payı
3,26 faiz, “Google”un “Gemini” çat-botunun bazar payı 7,5 faiz, “Perplexity” çat-botunun bazar payı 7,88 faiz, “Claude” çat-botunun
bazar payı isə 1,37 faiz təşkil edib.


