Azərbaycan və Birləşmiş Krallıq arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Krallıq arasında süni intellekt,
kibertəhlükəsizlik və texnologiya istiqamətlərində əməkdaşlığın
perspektivləri müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.

“Londonda Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi,
Lordlar Palatasının üzvü Lord Con Alderdays ilə görüş keçirdik.




Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında Strateji
Tərəfdaşlıq Sazişi çərçivəsində süni intellekt, kibertəhlükəsizlik
və texnologiya istiqamətlərində əməkdaşlığın perspektivlərini
müzakirə etdik.

Eyni zamanda fiziki və rəqəmsal bağlantıların genişləndirilməsi,
süni intellekt əsaslı data mərkəzlərinə sərmayə imkanları,
rəqabətədavamlı enerji resursları, nəqliyyat infrastrukturunun
inkişafı, Böyük Britaniya universitetləri ilə birgə kadr hazırlığı
proqramlarının həyata keçirilməsi məsələləri ilə bağlı fikir
mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.