
Bakı. Trend:
Sabah Ramazan ayının 15-ci günüdür.
Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 5-də Bakıda imsak saat 05:43-də, iftar isə
saat 18:51-dədir.
Ramazan ayının 15-ci gününün duası:
“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri
bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl- xaifin”.
Tərcüməsi:
“İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus
itaəti mənə nəsib et! Bu gün sinəmi məvazökarların tövbəsi ilə
genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş
edən Allah!”
Allah orucunuzu qəbul etsin!


