
Bu gün Bakı vaxtı ilə təxninən saat 12:30 radələrindən başlayaraq, İranın öldürülən ali lideri Ayətullah Əli Xameneinin cənazəsi ilə vida mərasimi namaz meydanında keçiriləcək.
Modern.az xəbər verir ki, “Tasnim”in məlumatına görə, bu barədə İran İslam Koordinasiya Şurasının rəhbəri Möhsün Mahmudi bildirib.
O qeyd edib ki, Tehranda başlayan vida mərasimi üç gün ərzində məsciddə gecə-gündüz keçiriləcək.
Ali liderin cənazəsi vida mərasimindən sonra Məşhədə aparılacaq. Dəfn mərasimi orada olacaq.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olublar. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.
İranın Ali Lideri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli şəxslər fevralın 28-də


