“Azərkosmos” yanvarda 1,5 milyon dollarlıq ixrac əməliyyatları aparıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik
Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyon
ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac
edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayına istinadən xəbər
verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə
eynidir.




Hesabat ayında “Azərkosmos”un xidmət ixracından əldə etdiyi
gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının
ilk beşliyində 348,5 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 283 min
ABŞ dolları ilə Lüksemburq, 187,2 min ABŞ dolları ilə İsveç, 72,4
min ABŞ dolları ilə Türkiyə, 69,6 min ABŞ dolları ilə Pakistan
qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft
sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9%
artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti
məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına
bərabər olub.