
Bakı. Trend:
Martın 4-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində
110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 10 kV-luq “Pravda” hava xəttində təmir işləri aparılacaq.
Bu barədə Trend-ə “Azərişıq” ASC-dən bildirilib.
Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:30-dək Cil, Xarxatan,
Şağlaser kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


