ABŞ İspaniya ilə ticarət əlaqələrini dayandırmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

İspaniyanın İrana qarşı mümkün zərbələr üçün öz hərbi bazalarını
təqdim etməməsi və müdafiə büdcəsini artırmaqdan imtina etməsi
Vaşinqtonun Madridlə ticarət münasibətlərini dayandırmaq qərarına
səbəb olub.

Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.




O qeyd edib ki, İspaniya NATO çərçivəsində müdafiə xərclərini
ÜDM-in 5 faizinə yüksəltməyə razılıq verməyən yeganə ölkədir.

“Biz İspaniya ilə bütün ticarət əlaqələrini kəsəcəyik. Bu ölkə
ilə hər hansı əməkdaşlıq etmək niyyətində deyilik”, – deyə Tramp
vurğulayıb.