
Bakı. Trend:
Xəzər regionunda “yaşıl” enerji dəhlizləri formalaşır və Asiya
İnkişaf Bankı (AİB) bu transformasiyanı fəal şəkildə
dəstəkləyir.
Trend xəbər verir
ki, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya
Durrani-Camal bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi və “Yaşıl”
enerji üzrə Məşvərət şuralarının iclasında deyib.
Onun sözlərinə görə, AİB dənizdə külək enerjisinin inkişafında
iştirak edir, regional ötürmə şəbəkələrini və ölkələrarası enerji
bağlantılarını dəstəkləyir, həmçinin elektrik şəbəkələrinin
rəqəmsallaşdırılması və modernləşdirilməsini təşviq edir.
“Bu səylər ayrı-ayrı təşəbbüslər deyil. Onlar birlikdə sistemli
transformasiyaya töhfə verir, bərpa olunan enerji mənbələrinin
genişmiqyaslı inteqrasiyası üçün elektrik şəbəkələrini gücləndirir
və “yaşıl” enerjinin ixracı üçün yeni marşrutlar yaradır.
Gələcək yol praqmatizm, koordinasiya və uzunmüddətli baxış tələb
edir. İnvestisiyalar eyni zamanda sabitliyi təmin etməli və gələcək
karbonsuzlaşdırmanı dəstəkləməlidir”, – deyə o əlavə edib.
Direktor qeyd edib ki, AİB bu transformasiya prosesində
balanslaşdırılmış, dayanıqlı və uzunmüddətli enerji sistemlərinin
inkişafına töhfə verərək etibarlı və sadiq tərəfdaş olaraq qalmağa
hazırdır.


