Azərbaycan-Yaponiya kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidməti (ETX) ilə Yaponiyanın Milli CERT-nin
(JPCERT/CC) nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə Trend-ə Elektron Təhlükəsizlik Xidmətindən (ETX)
məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində
görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verilib, onların
sualları cavablandırılıb.




Eyni zamanda Yaponiya nümayəndələri kiberhücumlara qarşı müdafiə
mexanizmləri və beynəlxalq əməkdaşlıq istiqamətində ölkələrinin
təcrübələrini bölüşüblər.

Görüşdə bu il Azərbaycan və Yaponiya arasında kibertəhlükəsizlik
sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı
məlumat mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə
olunub.

Qeyd edək ki, ETX və “JPCERT/CC” arasında 2025-ci ildən etibarən
məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.