Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı 3 dəfəyə yaxın artıb

Baş səhifə
Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı “Azerbaijan International Mining Company Limited” MMC olub.

“Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə ixracının dəyəri 29,3 milyon ABŞ dolları (il ərzində 20,3 milyon ABŞ dolları və yaxud 3,3 dəfə artım olub) təşkil edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 77,6 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisi (26,8 milyon ABŞ dolları) ilə müqayisədə 2,9 dəfə və yaxud 50,8 milyon ABŞ dolları çoxdur.

Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:

Şirkət

2026-cı ilin yanvar ayında ixracın həcmi (milyon ABŞ dolları ilə)

2025-ci ilin yanvar ayında ixracın həcmi (milyon ABŞ dolları ilə)

Faiz fərqi

“Azerbaijan International Mining Company Limited” şirkəti

29,3

9

3,3 d.

“AGRARCO” MMC

13

2,8

4,6 d.

“Prime Cotton” MMC

9,2

5

184 %

“Baku Steel Company” QSC

5

3,7

135 %

“PRİME LM” MMC

4,2

0

“Khan-El” MMC

3,9

2,4

163 %

“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC

3,8

1,4

2,7 d.

“AFA EXPORT” MMC

3,6

0

“P-Aqro” MMC

3

0,98

3 d.

“MORS TRADİNG” MMC

2,6

1,5

173 %

CƏMİ

77,6

26,8

2,9 d.

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracının dəyəri illik müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dollarına çatıb.