İngiltərə klubu Uelbeklə müqavilə müddətini daha bir il uzatmağa qərar verib

Baş səhifə
İngiltərə klubu Uelbeklə müqavilə müddətini daha bir il uzatmağa qərar verib

İngiltərənin “Brayton” klubu hücumçusu Denni Uelbeklə müqavilə müddətini daha bir il uzatmağa qərar verib.

“Report” “Sky Sports News”a istinadən xəbər verir ki, tərəflər arasında hazırkı sözləşmə 2027-ci ilin yayına qədər qüvvədədir.

Yeni müqavilənin isə yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir.

35 yaşlı futbolçu 2024-cü ildən “Brayton”da çıxış edir. O, bu mövsüm Premyer Liqada 10 qol vurub.

Qeyd edək ki, Denni Uelbek 2011-2018-ci illərdə İngiltərə millisinin formasını geyinib. Forvard ölkəsində “Mançester Yunayted” və “Arsenal” klublarının da şərəfini qoruyub.