- 03 mart, 2026
- 14:29

Bu ilin ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 76,60 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, əvvəlki aya nisbətən 1,51 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstərici ilə müqayisədə 4,02 faiz bəndi azdır.
Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 2,15 faiz bəndi və illik müqayisədə 4,33 faiz bəndi artaraq 23,02 % olub.
Planşetlərdə “Android”in bazar payı aylıq müqayisədə 2,66 faiz bəndi artaraq və illik müqayisədə 11,57 faiz bəndi azalaraq 76,68 % təşkil edib. Beləliklə onun bazar payı illik ifadədə 13 % azalıb.
Həmin cihazlarda “İOS”un bazar payı 23,27 % təşkil edib ki, bu da aylıq müqayisədə 2,62 faiz bəndi az, illik isə 11,54 faiz bəndi çoxdur.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


