Macarıstan rəsmisi: “SGC-nin ötürmə qabiliyyətinin artırılmasını dəstəkləyirik”

Baş səhifə
Macarıstan rəsmisi: SGC-nin ötürmə qabiliyyətinin artırılmasını dəstəkləyirik

“Macarıstan Cənub Qaz Dəhlizi layihəsinin ötürmə gücünün artırılmasını Avropanın təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsi baxımından əsas layihə hesab edir.

“Report” xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Sztaray Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, Macarıstan hökumətinin əsas məqsədi idxal mənbələri və marşrutlarının şaxələndirilməsini tələb edən sabit, rasional və iqlim baxımından neytral enerji təchizatını təmin etməkdir: “Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirakımız Azərbaycanı enerji əməkdaşlığında strateji tərəfdaş kimi qəbul etdiyimizi göstərir və biz Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin artırılmasını fəal şəkildə dəstəkləyirik”.

O qeyd edib ki, “Yaşıl Enerji Dəhlizi” layihəsi isə təkcə regional deyil, həm də qlobal səviyyədə unikal təşəbbüsdür və regionlararası əməkdaşlıq sahəsində qabaqcıl nümunə olmaq potensialına malik olduğuna görə Avropa üçün əsas əhəmiyyət kəsb edir.