
Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli danışıqların (Ukrayna-ABŞ-Rusiya) növbəti raundunun martın 5-i və ya 6-da keçirilə biləcəyini bildirib, danışıqların keçirilmə yeri kimi İsveçrə, Türkiyə və Avstriya nəzərdən keçirilir.
“Report” xəbər verir ki, o bunu “Corriere della Sera”ya müsahibəsində bəyan edib.
“Heç kim növbəti üçtərəfli görüşü, hətta İrana hücumlardan sonra belə təxirə salmayıb. O, martın 5-i və ya 6-da baş tuta bilər. Ola bilsin ki, Əbu-Dabidə olmayacaq. Mən Cenevrəni və ya ən azı Avropanı üstün tutardım, çünki müharibə bizim qitəmizdə gedir”, – V.Zelenski qeyd edib.
Onun sözlərinə görə, əgər Rusiya neytral yer istəyirsə, o zaman danışıqlar üçün Avstriya, Vatikan və ya Türkiyə uyğun ola bilər.
V.Zelenski vurğulayıb ki, Ukrayna yaxın zamanda Rusiya ilə yeni əsir mübadiləsinə ümid edir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


