Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək

Baş səhifə

Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.