Qarabağda Ombudsman mərkəzi açılsın! – Zahid Oruc

Baş səhifə

Qarabağda Ombudsman mərkəzinin açılması məsələsinə yenidən qayıtmalıyıq. 

Modern.az xəbər verir ki, Milli Məclisin bugün keçirilən plenar iclasında bunu  Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. 
O qeyd edib ki, artıq “özünü ləğv edən” separatçı qurumun “Ombudsmanı” süni fəallıq və mövcudluq görüntüləri yaradır, müxtəlif hesabatlar tirajlayır. Qondarma qurumun müvəkkili ABŞ vitse-prezidentinə separatçı rəhbərlərlə bağlı müraciət etmişdi”.

Zahid Oruc Ombudsman Aparatının Gəncə, Şəki, Quba və Cəlilabadda 4 regional mərkəzinin olduğunu və tez bir zamanda 5-ci regional mərkəzin Qarabağda açılacağı barədə məlumatını xatırladıb

“Bu Qarabağ bölgəsində konstitutsional hüquqi əsaslı regional Ombudsman Mərkəzinin açılması saxta “ombudsmanlara” cavab olardı”, o bildirib.