
2012-ci ildə olimpiya çempionu olmuş velosipedçi Aleksandr Vinokurov “Bakı-Xankəndi” beynəlxalq yarışı üçün Azərbaycana gələcək.
Bu barədə “Report”a Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.
52 yaşlı veteran idmançı qonaq qismində ölkəmizə səfər edəcək. A.Vinokurov turnirin favoriti hesab edilən Qazaxıstanın “XDS Astana” komandasının baş meneceridir.
“Bakı-Xankəndi” yarışında ümumilikdə 21 ölkədən 25 komanda mübarizə aparacaq. Onların arasında 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığması yer alır.
Qeyd edək ki, mayın 10-14-ü aralığında təşkil olunacaq Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Bakı-Xankəndi” yarışı 21 şəhər və rayonu əhatə edəcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


