Boliviyada baş verən təyyarə qəzası nəticəsində ölənlərin sayı 24-ə çatdı

Baş səhifə

Bakı. Trend:

Boliviya Hərbi Hava Qüvvələri-yə məxsus “C-130 Hercules”
təyyarəsi fevralın 27-də El Alto şəhərində eniş edərkən uçuş-enmə
zolağından sürüşərək nəqliyyat vasitələri ilə toqquşub. Hadisə
nəticəsində ən azı 24 nəfər həlak olub.

Trend xəbər verir
ki, bu barədə yerli polis rəisi Heriberto Valensiya məlumat verib.
O bildirib: “Əvvəl 22 nəfərin öldüyü barədə məlumat vardı, amma
indi 24 nəfərin öldüyü məlumdur.”




Marsela Flores, səhiyyə naziri, iki zərərçəkənin vəziyyətinin
ağır olduğunu bildirib. Əvvəlki hesabatda 37 nəfərin yaralandığı
bildirilirdi.

Hadisənin mümkün səbəbi kimi uçuş-enmə zolağında buzlaşma
göstərilir. Təyyarənin göyərtəsində ölkənin mərkəzi bankı adından
daşınan çoxlu sayda yeni əskinas var idi.