BƏƏ İran tərəfindən atılan 160-dan çox ballistik raketi məhv etdiyini açıqladı

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri-nin hava hücumundan müdafiə qüvvələri
bölgədə gərginliyin başlanmasından bəri İran ərazisindən atılan
160-dan çox ballistik raketi məhv edib.

Trend xəbər verir
ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.




Açıqlamada bildirilir: “Ölkənin hava hücumundan müdafiə
sistemləri İran tərəfindən atılan 174 ballistik raketi aşkar edib.
BƏƏ-nin hava məkanında 161 raket vurulub, 13-ü isə dənizə
düşüb.”