
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə silahına malik olmadığına əminliyini ifadə edib.
“Report” xəbər verir ki, Qrossi bunu BBC-nin efirində bildirib.
“İranın nüvə silahı yoxdur”, – Qrossi deyib.
Onun sözlərinə görə, İsrailin və ABŞ-nin hərbi əməliyyatı zamanı İsfahanın yaxınlığında baş verən son partlayışlar İranın nüvə obyektinə ziyan vurmayıb, bununla belə BAEA Natanzdakı nüvə obyektində cüzi ziyan qeydə alıb.
Bu vəziyyəti şərh edən Qrossi ehtimal edib ki, İrana qarşı indiki əməliyyatın əsas məqsədi 2025-ci ilin iyunundakı əməliyyatdan fərqli olaraq nüvə obyektlərinə zərbə endirmək deyil. Çünki o vaxt ABŞ üç nüvə obyektinə – Fordo, İsfahan və Natanza zərbələr endirib.
İranın BAEA yanındakı səfiri Rza Nəcəfi bazar ertəsi bəyan edib ki, ABŞ və İsrail İran ərazisindəki bir neçə nüvə obyektinə hücum edib, xüsusilə Natanzdakı müəssisəyə ziyan dəyib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


