Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni bir zərbə dalğası
endirib və bu hücumlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusu
(SEPAH) və İranın müxtəlif təhlükəsizlik qurumlarının onlarla
qərargahına zərbələr endirilib.
Trend xəbər verir
ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hərbi bəyanatda bildirilir ki, İranın daxili təhlükəsizlik
xidmətlərinin qərargahları, bazaları və regional komandanlıq
mərkəzləri hücuma məruz qalıb. Həmçinin, İran Kəşfiyyat
Nazirliyinin ondan çox qərargahı və SEPAH-ın xüsusi təyinatlı
qüvvələr bölməsinin çoxsaylı qərargahları vurulub.
Ordu əlavə edib: “Bundan əlavə, raket buraxıcıları, silah
fabrikləri və SEPAH Hərbi Hava Qüvvələrinin infrastruktur
obyektləri kütləvi zərbələrə məruz qalıb.”

