İran İsrail və ABŞ-nin Natanzdakı nüvə obyektinə hücumunu beynəlxalq hüquqa zidd adlandırıb

Baş səhifə
İran İsrail və ABŞ-nin Natanzdakı nüvə obyektinə hücumunu beynəlxalq hüquqa zidd adlandırıb

ABŞ və İsrailin Natanzdakı nüvə obyektinə hücumu beynəlxalq hüquqa ziddir.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu, İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslaminin Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) ünvanladığı məktubda qeyd olunub.

Qurum rəhbəri BAEA-nı fəaliyyətsizlikdə ittiham edib: “Agentliyin ən qısa zamanda bu fəaliyyətsizliyinə son qoyması və beynəlxalq qaydalara zidd olan bu hərəkətləri pisləyərək nizamnamə üzrə öhdəliklərini yerinə yetirməsi zəruridir”.

Qeyd edək ki, ABŞ və İsrail martın 1-də İran ərazisində bir neçə nüvə obyektinə hücum edib, xüsusilə Natanzdakı müəssisəyə zərər dəyib.