Bitkoin 16 fevral 2026-cı ildən bəri ilk dəfə 70 min dolları keçdi

Baş səhifə

Bakı. Trend:

“Bitkoin”in qiyməti 16 fevral 2026-cı ildən bəri ilk dəfə
ticarət zamanı 70 000 dollar həddini keçib.

Trend xəbər verir
ki, bunu Binance platformasından əldə edilən məlumatlar
göstərir.

Bakı vaxtı ilə saat 20:46-ya olan məlumata görə, Bitkoin 5,72%
artaraq 70 096 dollara çatıb.




Bakı vaxtı ilə saat 21:11-ə qədər isə artım tempi zəifləyib və
qiymət 69 393 dollara (4,67% artım) enib.

Eyni zamanda, bazar kapitallaşmasına görə ikinci ən böyük
kriptovalyuta olan Ethereumun (ETH) qiyməti 4,06% artaraq 2 053,57
dollara yüksəlib.