Müdaxilə edilməzsə, İran ətrafındakı münaqişə qlobal təhlükəsizlik üçün ciddi risk yaradacaq – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı bölgədə
davam edən münaqişəyə son qoymaq üçün müdaxilənin zəruri olduğunu,
əks halda bunun bütün region və qlobal təhlükəsizlik üçün ciddi
risklər yaradacağını bildirib.

Trend xəbər verir
ki, bu fikirləri Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı
səsləndirib.

O qeyd edib ki, “Lazımi müdaxilə edilməzsə, bu münaqişə regional
və qlobal təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq.
Nəticədə yaranacaq iqtisadi və geosiyasi qeyri-müəyyənliyə heç kim
dözə bilməz. Buna görə də, yanğın daha da yayılmadan əvvəl
söndürülməlidir”.




Türkiyə prezidenti vurğulayıb ki, türklər əsrlər boyu İran xalqı
ilə yan-yana sülh şəraitində yaşayıblar və gələcəkdə də bu
münasibətlər davam edəcək. Onun sözlərinə görə, Ankaranın
prioriteti atəşkəsə nail olmaq və dialoq üçün qapı açmaqdır.

Eyni zamanda dövlət başçısı bildirib ki, bu həssas prosesdə
aidiyyəti qurumlar Türkiyənin və ölkə vətəndaşlarının
təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri
görür.