
Bakı. Trend:
Argentina və İspaniya arasında keçiriləcək Finalissima oyunu
Yaxın Şərqdəki münaqişə səbəbindən baş tutmaya bilər.
Trend xəbər verir
ki, “Copa America 2024” və “AVRO 2024”ün qalibləri arasındakı matç
27 mart tarixində Qətərdə keçirilməlidir.
Hazırda bu körfəz dövləti ABŞ və İsrailin hücumlarına cavab
olaraq İran tərəfindən hədəf alınan ABŞ hərbi bazalarına ev
sahibliyi edir. Regionda artan gərginlik səbəbindən təhlükəsizlik
məsələləri əsas müzakirə mövzusuna çevrilib.
FİFA isə Qətərdə bütün idman tədbirlərinin müvəqqəti
dayandırılması ilə bağlı yayılan məlumatlara baxmayaraq, hələlik
rəsmi qərarın verilmədiyini açıqlayıb.
Finalissima ilə bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı
gözlənilir. 27 mart tarixində planlaşdırılan oyunun baş tutmaması
ehtimalının yüksək olduğu bildirilir.


