
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ərdoğan Türkiyənin bölgədəki münaqişəli prosesləri həssaslıqla izlədiyini, davamlı və dayanıqlı sülhün təmin olunması üçün diplomatiyaya geniş imkan yaradılmasının vacibliyini bildirib.


