Bu ölkədə uçan avtomobillər peyda olacaq

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının “Samson Sky” şirkəti yerli “Air
Tashkent” aviaşirkəti ilə “Switchblade” markalı uçan avtomobillərin
Özbəkistana tədarükü ilə bağlı Memorandum imzalayıblar.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Sənədə əsasən, ölkəyə ümumilikdə 60 milyon dollar dəyərində 300
ədəd avtomobil tədarük olunacaq.




“Air Tashkent” həm özəl, həm də kommersiya uçuşları üçün
pilotların təlimini həyata keçirmək niyyətindədir. “Samson Sky” isə
mexaniklərin hazırlanması və serviz xidmətləri ilə bağlı yardımçı
olacaq, eyni zamanda Özbəkistan aviaşirkəti və hökuməti ilə
avtomobillərin həm yollar həm də hava məkanı üçün
sertifikatlaşdırılmasında əməkdaşlıq edəcək.

Uçan üçtəkərli avtomobil ilk dəfə 2009-cu ildə təqdim olunub. O
2 nəfər üçün nəzərdə tutulub. Yerdə 200 km/saata qədər sürət yığa
bilir, ilk yüz kilometr/saat sürəti beş saniyəyə əldə edir.

Səmada isə maksimal sürəti saatda 322 kilometrə çata bilir. Bir
tam doluma maksimal uçuş məsafəsi 805 kilometrdir.