Bakı. Trend:
“Yuventus” kapitanı Manuel Lokatellini uzun illər komandada
saxlamağı planlaşdırır.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, A Seriyası nəhəngi italiyalı yarımmüdafiəçinin
müqaviləsinin müddətini uzadacaq.
Artıq Lokatelli ilə razılıq əldə olunub. 28 yaşlı futbolunun
2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 2 il
artırılacaq. Təcrübəli dayaq yarımmüdafiəçisinin illik maaşı 4
milyon avro təşkil edəcək.
Qeyd edək ki, “Yuventus” Manuel Lokatellini 2021-ci ilin yayında “Sassuolo”dan transfer edib.

