Basketbol üzrə Avroliqanın iki oyunu Yaxın Şərqdəki gərginlik səbəbindən təxirə salınıb

Baş səhifə
Basketbol üzrə Avroliqanın iki oyunu Yaxın Şərqdəki gərginlik səbəbindən təxirə salınıb

Basketbol üzrə Avroliqanın müntəzəm çempionatının iki oyunu Yaxın Şərqdə yaranmış gərgin vəziyyət səbəbindən təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail təmsilçiləri “Makkabi” ilə “Hapoel” arasında keçirilməli görüş, həmçinin Serbiyanın “Partizan” klubu ilə BƏƏ-nin “Dubai” komandası arasındakı matç daha sonraya keçirilib. Hər iki qarşılaşma martın 5-nə planlaşdırılmışdı.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.