Ramazanın 13-cü gününün duası – İftar və imsak vaxtları

Baş səhifə

Bakı. Trend:

Sabah Ramazan ayının 13-cü günüdür.

Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 3-də Bakıda imsak saat 05:46-da, iftar isə
saat 18:49-dadır.

Ramazan ayının 13-cü gününün duası:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni
fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və
suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”.




Tərcüməsi:

“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən
təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni
səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə
müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün
işığı!”

Allah orucunuzu qəbul etsin!