
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “X”dəki hesabında məlumat yayıb.
Söhbət zamanı İrana qarşı hücumlar və sonrakı münaqişəli proses müzakirə edilib. Ərdoğan bölgədəki münaqişələrin regional və qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini bildirib.
O, bölgədə davamlı sabitliyi təmin etmək üçün sülhyönümlü təmasları artırmağın və tərəfləri dialoq müstəvisinə qayıtmağa təşviq etməyin vacib olduğunu da ifadə edib.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Almanya Şansölyesi Friedrich Merz ile bir telefon görüşmesi gerçekleştirdi.
Görüşmede İran’a yönelik saldırılar ve sonrasındaki çatışmalı süreç ele alındı.
Cumhurbaşkanı Erdoğan bölgemizdeki çatışmaların bölgesel ve küresel güvenliği…
— T.C. İletişim Başkanlığı (@iletisim) March 2, 2026
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


