Ukraynadakı soydaşlarımız Xocalı soyqırımı qurbanlarını anıblar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ukraynanın bir sıra şəhərlərində Xocalı soyqırımının 34-cü
ildönümü ilə əlaqədar anım tədbirləri təşkil olunaraq faciə
qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.




Bildirilib ki, Krivoy Roq şəhərində Qolodomor qurbanlarına həsr
olunan abidə önünə toplaşan soydaşlarımıza və yerli ictimaiyyətin
nümayəndələrinə baş verən soyqırımının tarixi faktları, dinc
əhaliyə qarşı törədilən vəhşiliklər barədə ətraflı məlumat verilib.
Çıxış edənlər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasının vacibliyini vurğulayıblar. Sonda iştirakçılar
xatirə abidəsinin önünə qərənfillər düzüb, hər iki faciənin
qurbanlarına dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Odessa vilayətində fəaliyyət göstərən “Birlik” diaspor
təşkilatının təşəbbüsü keçirilən anım tədbirində əvvəlcə Xocalı
faciəsi qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. İştirakçılar Xocalı həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayaraq bu
faciənin unudulmamasının hər bir azərbaycanlının mənəvi borcu
olduğunu deyiblər. 34 il ötməsinə baxmayaraq həmin gecənin
kədərinin və ağrısının Azərbaycan xalqının yaddaşından silinmədiyi
diqqətə çatdırılıb.