
İraqda fəaliyyət göstərən “Gulf Keystone” neft şirkəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İraq Kürdüstanı regionundakı “Şeyxan” neft yatağının işini dayandırıb.
“Report” xəbər verir ki, bu barədə Misir KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, qərar ehtiyat tədbiri olaraq qəbul edilib. Şirkətdən işin dayandırılma müddəti və qərarın hasilata təsiri barədə ətraflı məlumat verilməyib.
KİV-lər bildirib ki, “Şeyxan” neft yatağı İraq Kürdüstanında ən mühüm yataqlardan biridir, bu da hasilatın dayandırılması qərarına iqtisadi aspekt verir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


