Əli Əsədov BP-nin vitse-prezidenti ilə perspektivli layihələri müzakirə edib

Baş səhifə

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 2-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti QordonBirrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə BP arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalıtərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.

BP-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.