
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Xırdalan şəhərində yerləşən agentliyin “Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC-də və cəmiyyətin tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.
“Report” agentliyə istinadən xəbər verir ki, “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli cəmiyyətin fəaliyyəti, həyata keçirilən layihələr və laboratoriyada aparılan sınaqlar barədə ətraflı məlumat verib.
V. Nəsirli cəmiyyətin fəaliyyətinin müasir standartlara uyğun təşkili, elmi-texniki potensialın gücləndirilməsi və iş prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


