Ötən həftə bir nəfər tüstüdən zəhərlənib, 8 nəfər ölüb – FHN (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti
qurumları tərəfindən ötən həftə ərzində 239 yanğına çıxış, 38 halda
köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd
və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insanların həyatının xilas
olunması təmin edilib.




Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən
ötən həftə ərzində 10-u azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3
nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, hadisələr zamanı 8
nəfər həyatını itirib.