Azərbaycanın Vaşinqtondakı səfiri Dövlət Departamentində görüş keçirəcək

Baş səhifə
Azərbaycanın Vaşinqtondakı səfiri Dövlət Departamentində görüş keçirəcək

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns bu gün Dövlət Departamentində Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimlə görüş keçirəcək.

“Report”un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Məlumata əsasən, görüş bu gün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00-da) başlayacaq.