İrana qarşı əməliyyat səbəbindən Honkonq səhmləri ucuzlaşıb

Baş səhifə
İrana qarşı əməliyyat səbəbindən Honkonq səhmləri ucuzlaşıb

ABŞ və İsrailin İrana hücumlarından sonra Honkonqun maliyyə bazarları ilk ticarət sessiyasında geriləyib.

“Report” xəbər verir ki, əsas Hang Seng indeksi açılış zəngindən sonra 1,21% (322,46 bal) azalaraq 26,308,08-ə düşüb.

Digər fond indeksləri də azalıb.

Honkonqda siyahıya alınmış Çin qiymətli kağızlarının ümumi göstəricilərini ölçən Hang Seng China Enterprises indeksi 1,12% (99,26 bal) azalaraq 8,760,23-ə düşüb.

Eyni zamanda 30 böyük texnologiya şirkətinin səhm qiymətlərini ölçən Hang Seng Tech indeksi ən böyük faiz azalmasını müşahidə edib. O, 2,82% (93,45 bal) azalaraq 5,044,39-a enib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar.