“Brent” markalı neftin qiyməti 81 dollari keçib

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiya fonunda ticarət həftəsinin əvvəlində “ICE” birjasında Brent markalı xam neftin qiyməti 12,2 faiz
artmaqdadır.

Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından bildiriblər.




Belə ki, Bakı vaxtı ilə saat 03:02-yə olan məlumatlara görə, may
ayı neft fyuçersləri 23 iyun 2025-ci ildən bəri ilk dəfə bir barel
üçün 81 dolları keçib və 81,79 dollar (+12,24%) səviyyəsində
satılıb.

Daha sonra qiymətlər artımını yavaşlatdı və Bakı vaxtı ilə saat
02:50-də neft 78,88 (+8,25%) səviyyəsində ticarət edilib.