Bakı. Trend:
İordaniya Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi İran
səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ölkəyə edilən
hücumlarla əlaqədar etiraz notası verib.
Trend-in
məlumatına görə, bu barədə nazirliyin X sosial media platformasında
dərc olunmuş bəyanatında bildirilib.
“İordaniya Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi İran
İslam Respublikasının Əmmanda yerləşən səfirliyinin müvəqqəti işlər
vəkilini çağırıb və İordaniya ərazisinə və digər ərəb dövlətlərinə
edilən hücumlarla əlaqədar olaraq onun hökumətinə etiraz notası
göndərib”, – bəyanatda deyilir.

