Böyük Britaniya İranla sərhəd ölkələr üzrə səyahət xəbərdarlığını yeniləyib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bölgədə müşahidə
olunan davamlı gərginliklə əlaqədar İranla sərhədi olan ölkələrə
səfərlə bağlı tövsiyələrini yenidən nəzərdən keçirib.

Trend-in
məlumatına əsasən, yenilənmiş xəbərdarlıqlar Azərbaycan,
Ermənistan, Türkmənistan və Türkiyəni əhatə edir.

Nazirliyin dərc etdiyi məlumatda qeyd edilib ki, İranın qonşu
dövlətlərlə sərhədlərində xarici vətəndaşlar üçün müəyyən
məhdudiyyətlər tətbiq oluna, həmçinin sərhəd-keçid məntəqələri qısa
müddət ərzində bağlana bilər.

İranda olan və ölkəni quru yolu ilə tərk etməyi düşünən şəxslərə
sərhədə yollanmadan öncə gedəcəkləri ölkənin aktual səyahət
tövsiyələrini, o cümlədən viza tələblərini dəqiqləşdirmək məsləhət
görülür.

Bildirilib ki, səyahət tövsiyələri Böyük Britaniya vətəndaşları
üçün risklərin qiymətləndirilməsinə uyğun olaraq mütəmadi şəkildə
yenilənir.