İranda məktəb hücumunda ölənlərin sayı artdı – YENİLƏNİB

Baş səhifə

Fevralın 28-də İranın Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində həlak olanların sayı artıb.

Modern.az Mizan agentliyinə istinadən xəbər verir ki, bu barədə Minab şəhərinin rəhbəri Məhəmməd Radmehr məlumat verib.

“Minab şəhərinin ibtidai məktəbində həlak olan şagird qızların sayı 153 nəfərə çatıb”, – deyə o bildirib.

09:39

İranda Minab şəhərinə edilən hücum nəticəsində 148 məktəbli qız həlak olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının açıqlamasına görə, hücum zamanı daha 95 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar ətraf xəstəxanalara yerləşdirilib və onlara tibbi yardım göstərilir.