Əraqçi: İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək

Baş səhifə
Əraqçi: İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək

ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil.

“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına verdiyi açıqlamada bildirib.

“Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə, bu, mümkün deyil”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin ölümü ölkənin düşmənlərinə məqsədlərinə çatmağa kömək etməyəcək.

Əraqçi həmçinin bildirib ki, İranın yeni lideri (Ali rəhbəri – red.) bir-iki gün ərzində seçiləcək.