Bakı. Trend:
ABŞ-nin Texas ştatının Ostin şəhərində əyləncə məkanlarından
birində yerli vaxtla gecə saatlarında atışma baş verib.
Trend xəbər verir ki, silahlı
sübhəli şəxsin açdığı atəş nəticəsində üç nəfər həlak olub, 14
nəfər yaralanıb.
Bölgədə patrul xidməti aparan üç zabit hadisə yerində silahlı
şəxsə cavab atəşi açaraq onu zərərsizləşdirib.
FTB-nin Birgə Terrorizm üzrə İşçi Qrupu hadisənin detallarını
araşdırır.

