
“Yuventus” yarımmüdafiəçisi Manuel Lokatellini komandada saxlamaq niyyətindədir.
“Report” “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, Turin klubu futbolçu ilə müqavilənin müddətini uzadacaq.
Tərəflər arasında imzalanacaq yeni sözləşmə 2030-cu il iyunun 30-na qədər qüvvədə olacaq.
Yeni müqaviləyə əsasən, oyunçunun illik məvacibi 4 milyon avroya qədər artırılacaq. “Yuventus” bu addımla yarımmüdafiəçiyə cari mövsümdəki çıxışına görə minnətdarlığını ifadə etmək istəyir.
Qeyd edək ki, Manuel Lokatelli 2023-cü ildə “Sassuolo”dan 36 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi cari mövsümdə “Yuventus”un forması ilə çıxdığı 36 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


