
İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
APA xəbər verir ki, 3 Banqladeş, 3 Qətər, 1 Pakistan vətəndaşı ölkəmizə təxliyə olunub.
***
saat 12.31
İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.
APA xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 12.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsin ilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı 5 nəfər Tacikistan vətəndaşı, 18 Səudiyyə Ərəbistanı diplomatik nümayəndələri ölkəmizə təxliyə olunub.
***
saat 11.01
İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.
APA xəbər verir ki, 28 fevral saat 8.00-dan 1 mart saat 10.00-dək İrandan ümumilikdə 31 nəfər – 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı təxliyə olunub.


