MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış etdi

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və
sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat
axını müşahidə olunmaqdadır.

Trend xəbər verir ki, bu
barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada
bildirilib.

“Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün
media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad
etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq.
Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa
və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik”,
– deyə açıqlamada bildirilib.