ABŞ və İsrail "qırmızı xətt”imizi keçdilər – İran parlamentinin sədri

Baş səhifə

“Biz bütün ssenarilərə hazırlaşmışıq və hətta imam Xameneinin ölümünə belə”, – bunu İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

Modern.az xəbər verir ki, İRNA-nın məlumatına görə, Qalibaf deyib ki, ABŞ və İsrail “qırmızı xətt”i keçiblər və bunun bədəlini ödəməlidirlər.

“İslam Respublikası üçün bu müharibə sadəcə mövcudluq deyil; son qisas vaxtı gəlib çatıb.

Biz amerikalılar və israillilərlə hesablaşacağıq. Siz “qırmızı xətt”imizi keçmisiniz – sizə elə sarsıdıcı zərbələr endirəcəyik ki, özünüz mərhəmət diləməyə məcbur olacaqsınız”, – Qalibaf deyib.

İranda ali dini lideri Seyid Əli Xamenei ötən gecə ABŞ və İsrailin hava zərbələri nəticəsində Tehrandakı iqamətgahında öldürülüb.