
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdolrəhim Musəvinin həlak olduğu təsdiqlənib.
Modern.az IRNA-nın yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, hadisənin detalları və ölümün başvermə şəraiti ilə bağlı araşdırmalar davam etdirilir.
General-leytenant Musəvi uzun illər İran Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışıb və ölkənin hərbi-strateji planlaşdırma sistemində mühüm fiqurlardan biri hesab olunurdu.


